22 Oktyabr 2025 12:24
74
ŞOU-BİZNES

Nazilə Səfərli: “Orda hansı monopoliyalar olduğunu bilmirsiniz”

Nazilə Səfərli şadlıq evlərinin bəzilərində xoşagəlməaz halların yaşandığını söyləyib.

Adalet.az bildirir ki, müğənni  şadlıq evlərində daim çıxış edən bəzi müğənniləri qınayıb:

“Şadlıq evlərində hansı monopoliyalar olduğunu bilmirsiniz. Hər hansı bir müğənni restoran sahibi ilə “iş birliyi” qurur. Bu da müxtəlif yollarla olur.Ya kiminsə sevgilisi olur, ya da həmin məkana aylıq haqq ödəyir. Həmin restoranda toy edən şəxs başqa bir müğənnini toyunda görmək istəyəndə həmin restoran sahibi  arzuolunan müğənnini elə aşağılayır ki, toy sahibi fikrindən daşınır. Sonra başqa bir restoranda istədiyi müğənnini görəndə peşman olur. Deyir kaş o  vaxt orada toy etməzdim. Mən yalan demirəm. Əlimdə sübutlarım var”.

Əntiqə