Nazir Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb - FOTOLAR
Mədəniyyət naziri Adil Kərimli aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.
Adalet.az xəbər verir ki, kollektivi salamlayan nazir Akademik Milli Dram Teatrını özünəməxsus sənət ənənələri olan mədəniyyət ocağı kimi səciyyləndirib. Bildirib ki, bu teatrda zaman-zaman görkəmli səhnə xadimləri çalışıb və onların bir çoxu özünün sənət məktəbini yaratmağa müvəffəq olub.
Qeyd olunub ki, teatrın repertuarında Azərbaycan və dünya kilassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də əsərlərinə yer verilir. Vurğulanıb ki, Milli Dram Teatrı ölkəmizin müxtəlif bölgələrinə qastrol səfərlərinə gedərək maraqlı səhnə əsərləri ilə yerli sənətsevərlərin zövqünü zənginləşdirir. Kollektiv eyni zamanda xaricdə də milli teatr sənətimizi layiqincə təmsil edir.
Adil Kərimli Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyət sahəsinin inkişafına davamlı diqqət və qayğı göstərdiyini deyib. Vurğulayıb ki, Bakı şəhərində və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.
Teatrın rəhbərliyi səmimi görüşə görə nazirə təşəkkür edib. Həmçinin sənət ocağının fəaliyyəti və repertuar siysəti, gələcək planları barədə məlumat verilib. Çıxışlar zamanı teatrın yaradıcılıq fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, əməkdaşların sualları cavablandırılıb.
Sonda nazir Adil Kərimli kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
Digər Xəbərlər
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11
Xalq artisti: “ Mənim üçün “Nəsimi”, “Babək” indi öldü”
30 Mart 2026 21:10
Rasim Balayevin oğlu atasının ölümündən DANIŞDI
30 Mart 2026 14:30
Rasim Balayev dəfn edildi - YENİLƏNİB
30 Mart 2026 10:37
Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO
30 Mart 2026 09:36
“Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi...”
29 Mart 2026 21:40


Bakı -°C

