Nazir Vilayət Eyvazov şimali makedoniyalı həmkarı ilə görüşdü - FOTOLAR

Martın 9-da Şimali Makedoniya Respublikasının daxili işlər naziri cənab Pançe Toşkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Adalet.az xəbər verir ki, nazir Pançe Toşkovski və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şimali makedoniyalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan general-polkovnik V.Eyvazov Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.
O, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Görüşdə kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın istiqamətləri, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
P.Toşkovski rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı genişləndirməkdə, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə olunan qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinin fəaliyyəti ilə tanış olublar.
Digər Xəbərlər

Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

Jurnalistlər İnam Kərimova müraciət etdilər

İspaniyalı deputatın “Qərbi Azərbaycan”sancısı: "Artsax "ağlaşması

Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavə təsdiqləndi

Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı qiymətləndirmə hesabatı təqdim edildi

Azad olunan ərazilərdə daha 138 mina aşkarlandı
