Nazir Xankəndi-Bakı marafonunun ən yaşlı iştirakçısını təbrik etdi
Xankəndi-Bakı ultra marafonunun iştirakçıları Bakıya çatıb.
Adalet.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov marafonun ən yaşlı iştirakçısı - 68 yaşlı Hüseynağa Səfərovu təbrik edib.
"68 yaşlı Hüseynağa Səfərov ölkəmizdə ilk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonunun ən yaşlı iştirakçısıdır. 5 gün ərzində 380 km qət etməyə bacaran bütün iştirakçıları təbrik edir, idmanımıza yeni-yeni uğurlar arzulayıram", - deyə nazir qeyd edib.
Qeyd edək ki, marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.
Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə bu gün Bakıya çatıblar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Digər Xəbərlər
06 Yanvar 2026 19:41
Məhkəmə onları həbsdə saxladı
06 Yanvar 2026 19:24
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
06 Yanvar 2026 15:52
İngiltərəli futbolçu Arda Turanın viski aludəçisi olduğunu açıqladı
05 Yanvar 2026 18:41
"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ
05 Yanvar 2026 18:32
"İmarət"in tikintisinə 60 milyondan çox vəsait AYRILDI
05 Yanvar 2026 17:20
“Qalatasaray”ın sabiq futbolçusu klubsuz qaldı
05 Yanvar 2026 15:05
"Mançester Yunayted"in baş məşqçisi istefaya göndərildi
05 Yanvar 2026 12:54


Bakı -°C

