Nazirlər Kabinetinin iki Qərarı ləğv edildi

Nazirlər Kabinetinin iki Qərarı ləğv edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı ləğv edilib.
Həmçinin, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 12 mart tarixli 87 nömrəli Qərarı ləğv edilib.
Digər Xəbərlər

Əxlaqsızlığa görə həbs edilən "molla" ilə bağlı AÇIQLAMA

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb

Azərbaycan Ordusunda ilk: Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb

Leyla Əliyeva "See Breeze"dən video paylaşdı

DİN-dən çağırış: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO

“28 May” BAĞLANIR: Avtobusla getməli olacaqsınız
jpg-1744972874.jpg)
Erməni deputatın "artsax əsgərləri" ilə bağlı ittihamı erməniləri niyə incidir?
