Bakıda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Dünən gecə 32 nəfərin toyda zəhərlənməsi ilə bağlı məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırda araşdırır.
Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
***
09:26
Dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə aprelin 19-u gecə 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.
***
09:03
Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
