Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
Milyonlarla qəhvəsevəri yaxından maraqlandıran elmi açıqlama verilib. İllərdir davam edən müzakirələrə son qoyan mütəxəssislər ürək sağlamlığından xolesterin balansına qədər orqanizmi qoruyan ən faydalı qəhvə növünü və dəmləmə sirrini açıqlayıblar.
Adalet.az xəbər verir ki, mütəxəssislərin sağlam yaşam siyahısında ilk sıranı kağız filtrlə dəmlənən sadə filtr qəhvə tutub. Araşdırmalara görə, qəhvə dənələrinin tərkibində olan və qandakı pis xolesterini (LDL) yüksəldə bilən "kafestol" və "kahveol" adlı yağ birləşmələri kağız filtr sayəsində tamamilə süzülür. Bu da damar tutulması və ürək xəstəlikləri riskini minimuma endirir.
Qovrulma dərəcəsinə diqqət edin:
Orta qovrulmuş dənələr: Yüksək istilikdə tünd qovrulmuş qəhvədə hüceyrələri qoruyan antioksidantlar məhv olur. Orqanizmi sərbəst radikallardan qoruyan xlorogen turşusu miqdarını maksimal səviyyədə saxlamaq üçün orta qovrulmuş (medium roast) qəhvə dənələrinə üstünlük verilməlidir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ən sağlam qəhvəyə bile sirop, süni krema, çoxlu şəkər və yağlı süd əlavə edildikdə onun maddələr mübadiləsini sürətləndirən və II tip diabet riskini azaldan faydalı təsirləri tamamilə itir.
Digər Xəbərlər
13 Noyabr 2026 17:53
Polad Həşimovun anasının vəziyyəti necədir?
12 Noyabr 2026 13:41
Mütəmadi olaraq qaragilə yeyin - Səbəbi isə...
11 Noyabr 2026 12:11
Ombudsmandan onkoloji xəstələrin müalicəsi ilə bağlı - TƏKLİF
11 Noyabr 2026 10:49
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11 Noyabr 2026 09:29
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
10 Noyabr 2026 17:17
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
10 Noyabr 2026 09:35
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
10 Noyabr 2026 09:19


Bakı -°C

