“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna yaxşı başlamışdıq"
Oyuna yaxşı başladıq, istəkli idik. Futbolçular da bu matça yaxşı hazırlaşmışdılar. Bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaranmışdı.
Adalet.az məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis dəyişikliklərin həmişə uğurlu olmadığını bildirib:
“Hücumu gücləndirmək istəyimiz bu dəfə alınmadı, bacarmadıq. Realist olmalıyıq. Rəhman Hacıyev və digərləri də fikirləşməlidirlər ki, meydana belə çıxmaq olmaz. Rəqib 10 nəfərlə qalanda sanki rahatlaşmışdıq. Etdiyimiz səhvdən sonra qol buraxdıq. Üzülürük, amma qarşıdakı oyunlara köklənəcəyik”.
Abasov “Zirə” ilə ötən turun qarşılaşmasında əvəzetmələrin özünü doğrultduğunu söyləyib:
“Medinanın qırmızı vərəqə alması ilə meydanda çox şey dəyişdi. Yarımmüdafiədə kreativ oyunçumuz yoxdur. Onun meydandan qovulması planlarımızı pozdu. Komandam son matçlarda pis oynamır. Oyunçular istəklidirlər. Bir az psixoloji baxımdan təzyiq var idi. Son oyunlar göstərir ki, düzgün yoldayıq”.
Digər Xəbərlər
06 Yanvar 2026 19:41
Məhkəmə onları həbsdə saxladı
06 Yanvar 2026 19:24
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
06 Yanvar 2026 15:52
İngiltərəli futbolçu Arda Turanın viski aludəçisi olduğunu açıqladı
05 Yanvar 2026 18:41
"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ
05 Yanvar 2026 18:32
"İmarət"in tikintisinə 60 milyondan çox vəsait AYRILDI
05 Yanvar 2026 17:20
“Qalatasaray”ın sabiq futbolçusu klubsuz qaldı
05 Yanvar 2026 15:05
"Mançester Yunayted"in baş məşqçisi istefaya göndərildi
05 Yanvar 2026 12:54


Bakı -°C

