Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Brayton”un baş məşqçisi Fabian Gürtçeler İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
Adalet.az xəbər verir ki, 33 yaşlı alman mütəxəssis bu mükafatı karyerasında ikinci dəfə qazanıb. O, daha əvvəl 2024-cü ilin avqustunda Premyer Liqada ayın məşqçisi seçilmişdi.
Gürtçeler azarkeşlərin və ekspertlərdən ibarət komissiyanın səsverməsində “Liverpul”un baş məşqçisi Andoni İraola və “Mançester Siti”nin çalışdırıcısı Enzo Mareskanı geridə qoyub.
Sentyabr ayında “Brayton” onun rəhbərliyi altında keçirdiyi 3 oyunda 2 qələbə və 1 heç-heçə edib. Komanda əvvəlcə “Koventri”ni 5:0 hesabı ilə darmadağın edib, daha sonra “Arsenal”a 3:0 hesabı ilə qalib gəlib. “Brayton”un “Lids”lə görüşü isə 1:1 hesabı ilə başa çatıb.
Bu nəticələr “Brayton”un turnir cədvəlində üçüncü pilləyə yüksəlməsinə imkan verib.
Qeyd edək ki, Gürtçeler 15 iyun 2024-cü ildə “Brayton”un baş məşqçisi təyin olunub. O, daha əvvəl Almaniyanın “Sankt-Pauli” klubunda çalışıb. 31 yaşında Premyer Liqa klubunun daimi baş məşqçisi təyin olunan Gürtçeler çempionat tarixində bu vəzifəyə gətirilən ən gənc mütəxəssis olub.
Digər Xəbərlər
25 Oktyabr 2026 12:31
Bu gecə "El-Klasiko" var
25 Oktyabr 2026 09:00
Prezidentin sosial media hesablarında U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
24 Oktyabr 2026 23:34
Bakıda FIFA U-15 dünya çempionatından möhtəşəm görüntülər - YENİLƏNİB
24 Oktyabr 2026 23:00
"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino - FOTOLAR
24 Oktyabr 2026 22:54
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB + FOTOLAR
24 Oktyabr 2026 12:18
Avropa çempionatında daha iki medal
24 Oktyabr 2026 12:04
26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü
24 Oktyabr 2026 11:09


Bakı -°C

