Nəqliyyat sektorunda çevik idarəetmə ilə bağlı yeni qanun layihəsi
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Layihə, “Lisenziyalar və icazələr haqqında” qanunun 4.1-ci maddəsinin tələbinə uyğun olaraq, bəzi fəaliyyətlər üçün lisenziya və icazələrin alınmasından azadolmanı nəzərdə tutur.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində çevikliyin təmin edilməsi məqsədini daşıyır.
Qanun layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün tələb olunan lisenziya və icazələrdən azad edilməsi təklif olunur.
Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin dəqiq siyahısı isə qanun qəbul edildikdən sonra təsdiq ediləcək. Bu dəyişikliklər nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin daha səmərəli və operativ fəaliyyət göstərməsinə şərait yaradır.
Qeyd edilən yanaşma əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” qanun çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, eləcə də “Kosmik fəaliyyət haqqında” qanun vasitəsilə Azərbaycan Respublikası Kosmik Agentliyinə (Azərkosmosa) tətbiq edilmiş analoji qaydalara əsaslanır.
Qanun layihəsinin qəbulu nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət qurumlarının öz funksiyalarını daha çevik və səmərəli şəkildə yerinə yetirmələrinə töhfə vermək məqsədini daşıyır.
Digər Xəbərlər
13 Fevral 2026 22:19
Beş min manatdan çox pensiya alanların...
13 Fevral 2026 12:44
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
13 Fevral 2026 12:30
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda
13 Fevral 2026 12:21
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
13 Fevral 2026 10:17
“Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”
12 Fevral 2026 15:05
Azərbaycanın icmal büdcəsinin yanvardakı gəlirləri və xərcləri
12 Fevral 2026 11:36
“Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır...”
12 Fevral 2026 10:17


Bakı -°C

