"Nəsiminin məzarının olduğu yer bizim üçün mənəvi vətəndir"

“Düşünürəm ki, Azərbaycanın prioritetlərindən biri Şərqdə xarici siyasətlə bağlı yeni ideyaların müəyyənləşməsi idi. Azərbaycan Prezidenti qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycanın maarif və ictimai institutları bu məsələyə xüsusi fokuslanmalıdırlar:
"Çünki Suriya bizim üçün uzaq coğrafiya deyil. Əgər 14-cü əsrdə Nəsimi Hələbə gedirdisə, deməli Nəsimini Hələbə aparan səbəb Hələbin Azərbaycanın etnomədəni, din coğrafiyasının davamı olması idi. Bu gün də Nəsiminin məzarı hələ də Hələbdədirsə, deməli onun məzarının olduğu yer bizim üçün mənəvi Vətəndir. Ona görə də düşünrəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycan münasibətlərinin yeni perspektivləri yaranıb”.
Nicat Novruzoğlu
Digər Xəbərlər

"Artsax" bağıran II Qaregini Mirzoyan himayə edir:" Revanşist deyil!"

"Qaz xətti məktəbin yaxınlığındadır, uşaqlar soyuqda dərs keçir" - Deputat

Bu şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün güzəştlər tətbiq edilir

4,5 min qeydiyyatsız radioelektron vasitə aşkar edilib

SN-də İşçi qrupun növbəti iclası keçirilib - FOTOLAR

Ötən il 51 şəxs Azərbaycana ekstradisiya edilib

"Müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet xərclər sırasında birinci olub" - Baş nazir
