Netanyahu İordan çayının qərb sahilində tam qapanma elan etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Hebronda iki İsrail əsgərinin həlak olması ilə nəticələnən silahlı insidentdən sonra İordan çayının qərb sahilində tam qapanma rejiminin tətbiq edilməsinə dair sərəncam verib.
Adalet.az “Al Jazeera”yə istinadən xəbər verir ki, qərar cümə günü səhər saatlarında İsrail hərbçilərinin Telem məskəni yaxınlığında fələstinli silahlılarla atışmasından dərhal sonra qəbul olunub.
Qeyd edək ki, hadisə zamanı İsrail ordusu iki fələstinlini öldürüb. İsrail tərəfindən isə 2 hərbçi həlak olub, ən azı 5 nəfər yaralanıb.
İsrail ordusunun “böyük bir hücumun qarşısını aldığını” bildirən Netanyahu sosial media hesabında təhlükəsizlik qüvvələrinə Hebronu dərhal bağlamağı və İordan çayının qərb sahili boyunca tam qapanma rejiminə keçməyi tapşırıb. O qarşıdan gələn parlament seçkiləri ilə bağlı bütün tədbirlərini təxirə salıb.
İnsidentdən sonra İsrail ordusu İordan çayının qərb sahilinin müxtəlif bölgələrində genişmiqyaslı reydlərə başlayıb. Təkcə Cenin, Hebron, Nablus və Qüds ətraflarında 36-dan çox fələstinli saxlanılıb.
Digər Xəbərlər
23 Oktyabr 2026 21:00
Üçüncü dəfə prezident olmaq istəyir - “Hüququm var”
23 Oktyabr 2026 20:40
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular
23 Oktyabr 2026 19:54
"İstəsək, İranı ələ keçirə bilərik" - Tramp
23 Oktyabr 2026 19:33
1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub
23 Oktyabr 2026 18:56
Şeremetyevoda 100-dən çox reys ləğv edildi
23 Oktyabr 2026 18:00
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
23 Oktyabr 2026 17:25
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
23 Oktyabr 2026 17:00


Bakı -°C

