adalet.az header logo
  • Bakı -°C
28 Avqust 2026 09:17
68
DÜNYA
A- A+

“Netanyahunu cəhənnəmə göndərəcəyik”

“Netanyahunu cəhənnəmə göndərəcəyik”.

Adalet.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Livanın “Əl-Manar” televiziyasına müsahibəsində bildirib.

O, Livandakı vəziyyəti yaxından izlədiklərini və İsrailin Livanda işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur ediləcəyini deyib.

Rzayi İranın ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampa qarşı sui-qəsd planlaşdırdığı və onun başına 10 milyon dollar mükafat qoyulduğu barədə məlumatları da təkzib edib.

Onun sözlərinə görə, bu məlumatlar İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən Trampı qorxutmaq və qərarlarına təsir göstərmək məqsədilə yayılan yalandır.

“Əgər qərar qəbul etsək, onun həyata keçirilməsinə heç nə mane ola bilməz. Lakin bu məlumatlar Netanyahunun cəfəngiyyatından başqa bir şey deyil”, – deyə Rzayi bildirib.