14 Iyun 2025 14:12
110
DÜNYA

Netanyahunun ofisi: İsrail İrandakı əməliyyatını genişləndirir

İsrail İranda nüvə proqramına qarşı əməliyyatının miqyasını genişləndirir.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

“İsrail Ordusu İranda nüvə proqramına qarşı və İran rejiminin davam edən təcavüzünə cavab olaraq genişmiqyaslı əməliyyatı genişləndirir. Dəqiq kəşfiyyat məlumatları əsasında ballistik raket qurğuları, hərbi bazalar və strateji infrastruktur da daxil olmaqla onlarla əsas obyektə zərbələr endirilir”, - o deyib.