TİKA Azərbaycanda Autizmli uşaqlar yeni otaq yaradıb – FOTOLAR
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakıda, Azərbaycan Autizm Assosiasiyasının nəzdində müasir müalicə mərkəzi istifadəyə verib. Bu xüsusi müalicə otağıdır. Bu otaqlar, xüsusilə autizm spektr pozuntusu olan uşaqların reabilitasiyasına və müalicəsinə dəstək məqsədilə yaradılıb.
Adalet.az xəbər verir ki, rəsmi açılış mərasimi TİKA-nın sədr müavini Dr. Ümit Naci Yorulmazın iştirakı ilə keçirilib. Tədbirdə həmçinin Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələri iştirak ediblər.
Çıxışında Dr. Yorulmaz bildirib ki, TİKA 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərsə də, bu layihə bizim üçün bir ilkdir.
“Uzunmüddətli səylər tələb edən bu sahədə, xüsusi uşaqların reabilitasiyasına töhfə vermək məqsədilə bu otaqları yaratdıq. Bu dəyərli təşəbbüsün bir parçası olmaqdan və uşaqların sevincini paylaşmaqdan böyük qürur duyuruq.”- Dr. Yorulmaz bildirib.
Deputat Vüqar İskəndərov isə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və həyata keçirilən layihələr barədə məlumat verərək qeyd edib:
>“Bu otaqlar autizmli uşaqlara və bizlərə TİKA-nın bir hədiyyəsidir. Bu təşəbbüsə görə həm TİKA-ya, həm də qardaş Türkiyəyə təşəkkür edirik.”
Bu təşəbbüs, atizmli uşaqların inkişafına və cəmiyyətə inteqrasiyasına mühüm dəstək verəcək
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10


Bakı -°C

