adalet.az header logo
  • Bakı -°C
13 Dekabr 2025 15:00
68
SAĞLAMLIQ
A- A+

Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO

Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb.

Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonra yenidən həyata qayıtarılıb:

"Tibb müəssisəsinə 19.11.2025-ci il tarixində hospitalizasiya olunan 1988-ci il təvəllüdlü qadın xroniki kalkulyoz xolesistit, xoledoxolitiaz, mexaniki sarılıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib.

Daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və müvafiq şöbədə müalicəsi davam etdirilib.

Ancaq noyabrın 25-də, saat 13:50 radələrində palatada 37 yaşlı pasiyentin qəfil vəziyyəti pisləşib və kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest baş verib. Pasiyentə Reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib".

Qeyd edilib ki, bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyati təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib:

"Altı uşaq anası olan pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb".