Dərmanlar bazara çıxana qədər hansı sınaqlardan keçir?
“Hər bir dərman vasitəsi qeydiyyata alınmazdan əvvəl klinikaya qədər (heyvanlar üzərində aparılan tədqiqatlar) və klinik (insanlar üzərində aparılan tədqiqatlar) tədqiqatlara məruz qalır. Tədqiqatlar zamanı dərman vasitəsinin toksikoloji, effektivlik və təhlükəsizliyi baxımından araşdırılır”.
Adalet.az xəbər verir ki, bu barədə “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov bildirib.
Onun sözlərinə görə, toksikoloji təsirləri və təhlükəsizliyi dedikdə, həmin dərman vasitəsinin orqanizmə (qaraciyər, ürək, böyrək və s.) hansı zərərləri təsirləri olan təsirləri nəzərdə tutulur:
“Bunlar dərman vasitəsinin riskləri qiymətləndirilir. Effektivlik deyəndə, hər bir dərman vasitəsi müəyyən məqsəd üçün hazırlanır. Dərman ya xəstəliyi müalicə etməlidir, ya da xəstəliyin simptomlarını aradan qaldırmalıdır. Bunlara isə dərman vasitəsinin faydaları deyilir. Hər bir dərman şirkəti dərman vasitəsini dövlət qeydiyyatına aldırmaq məqsədi ilə dərman vasitəsi ilə bağlı yuxarıda qeyd olunan tədqiqatlardan əldə olunan məlumatlar toplusunun dərman vasitələri sahəsində tənzimləyici quruma (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə) təqdim edir. Qurumda təqdim olunan məlumatların müxtəlif istiqamətli ekspertlər tərəfindən qiymətləndirilməsi və araşdırılması aparılır. Araşdırma nəticəsində dərman vasitəsinin göstərilən parametrlər üzrə faydaları risklərindən yüksək olduğu təqdirdə dərman vasitəsi qeydiyyata alınır. Yekunda qeydiyyata alınmış dərman vasitəsi ölkənin əczaçılıq bazarına daxil olur. Dərman vasitəsinin qeydiyyatdan sonrakı dövrdə təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə farmakonəzarət sahəsi prosesə qoşulur”.
Digər Xəbərlər
14 Aprel 2026 16:14
Bakıda bu özəl klinikanın fəaliyyəti dayandırıldı
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03
Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
10 Aprel 2026 12:57


Bakı -°C

