Vətəndaşlar işəgötürənin hesabına tibbi müayinədən keçiriləcəklər
Vətəndaşlar əsaslı şübhələr yarandığı halda, işəgötürənin hesabına icbari tibbi müayinədən keçiriləcəklər.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq keçəcəklər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
30 Aprel 2026 10:11
Həkim, pasiyent və aptek bir sistemdə - Səhiyyə Nazirliyinin açıqlaması
30 Aprel 2026 10:11
E-resept həkim səhvlərini minimuma endirir
29 Aprel 2026 17:39
İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO
28 Aprel 2026 15:15


Bakı -°C

