Netanyahunun partiyası seçkilərdə liderdir
İsrail seçkilərində Benyamin Netanyahunun Likud partiyası liderlik edir.
Adalet.az xəbər verir ki, bu barədə "exit-poll" nəticələrində deyilir.
Məlumata görə, nə hakim koalisiya, nə də müxalifət bloku parlamentdə çoxluq qazana bilib.
Seçkilərdə seçici fəallığı rekord həddə çatıb. Səsvermənin başa çatmasına iki saat qalmış, yerli vaxtla saat 20:00-a olan məlumata əsasən, seçicilərin 74,3 faizi səs verib. Bu göstərici 2022-ci il parlament seçkilərində qeydə alınan 70,63 faizlik yekun fəallığı da üstələyib.
Seçkilərdə iştirak etmək üçün 36 partiya qeydiyyatdan keçib. Səsvermə hüququna malik olan israillilərin sayı 7,3 milyon nəfərdir.
Yekun nəticələrin noyabrın 4-dək rəsmi şəkildə dərc olunması gözlənilir. Bundan sonra İsrail Prezidenti İsaak Herzoq Knessetə seçilən partiyaların nümayəndələri ilə məsləhətləşmələr apararaq yeni hökumətin formalaşdırılması prosesinə başlayacaq.
Digər Xəbərlər
28 Oktyabr 2026 10:31
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
28 Oktyabr 2026 10:22
İstanbulda dörd mərtəbəli bina çökdü
28 Oktyabr 2026 09:19
Tramp yenə Baydeni günahlandırdı
28 Oktyabr 2026 09:15
ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
28 Oktyabr 2026 07:20
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
28 Oktyabr 2026 07:14
“Hücumlar qlobal enerji təhlükəsizliyini təhdid edir”
27 Oktyabr 2026 17:47
SEPAH: Hörmüz boğazında minaya düşən tanker alovlanıb
27 Oktyabr 2026 17:26


Bakı -°C

