"Nikol ölkənin demoqrafik mənzərəsini dəyişib Qərbi Azərbaycana çevirir"- Erməni politoloq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan danışıb.
Dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır:
“Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq”, - deyə dövlət başçısı əlavə edib.
Azərbaycan liderinin bu açıqlaması erməniləri əməlli-başlı rəncidə salıb və hətta əsəbləşdirib.
Adalet.az xəbər verir ki, əsəbləşən ermənilərdən biri də politoloq Qagik Hambaryan olub. O erməni mediasına açıqlama verib və bildirib ki, Əliyev Nikol vasitəsilə 300 min azərbaycanlını Ermənistana yerləşdirməyə hazırlaşır:“Bəli, Əliyev bu planı 44 günlük müharibədən sonra irəli sürür və planlar qurur. Nikol Ermənistanın demoqrafik mənzərəsini dəyişərək Qərbi Azərbaycana çevirir".
Daha sonra politoloq yayınladığı xəritədən danışıb:"Azərbaycanlılar bu xəritəni dərc edib Ermənistanda türk-azərbaycanlıları harada yerləşdirəcəklərini qırmızı ilə qeyd edirlər...”
Qeyd edək ki, hələ ötən il indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyasının tam mətni yayımlanıb.
Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C



