Növbəti beş gündə rayonlarda hava yağmurlu olacaq, daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Digər Xəbərlər

Mövqelərimiz ATƏŞƏ TUTULDU

Tərtər çayında boğulan yeniyetmənin meyiti TAPILDI

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO
