Novruz bayramında hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:13
Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi
16 Sentyabr 2026 12:18
Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
16 Sentyabr 2026 10:09
Xəzərin suları altında qalan “Şəhri-Gürgan”dan YENİ TAPINTILAR - VİDEO
15 Sentyabr 2026 10:35


Bakı -°C

