NUMBEO -nun "ən təhlükəsizlər" siyahısında Qafqaz ölkələri
Dünyanın ən böyük həyat keyfiyyəti məlumat bazası olan "Numbeo" 2024-cü il cinayət və təhlükəsizlik indeksinə görə ,dünyanın ən təhlükəsiz ölkələrinin adını açıqlayıb.
Adalet.az xəbər verir ki, siyahıda Ermənistan dünyanın 8-ci ən təhlükəsiz ölkəsi kimi qeyd edilib. Birinci yerdə Andorra, ikinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə Qətər, dördüncü yerdə Tayvan, beşinci yerdə Oman, altıncı yerdə Men adası, yeddinci yerdə isə Honq- Konq (Çin) qərarlaşıb.
"Numbeo"-nun siyahısında Ermənistan regionda ən təhlükəsiz ölkə hesab olunub. Siyahıya görə Gürcüstan 21-ci, Azərbaycan 33-cü, İran 92-ci, Türkiyə isə 54-cüdür.
Dünyanın ən təhlükəli ölkəsi isə Venesuela elan edilib - 146-cı yer.
Qeyd edək ki, ötən ay "Numbeo" Bakı və İrəvanda yaşayış dəyərini müyyənləşdirib və ortaya çox maraqlı bir nəticə çıxıb.
"Numbeo"nun ekspertlərinin araşdırmalarının nəticələrinə görə, Bakıda yaşayış və kirayə haqqının İrəvandan 34,4% aşağı olduğu bəlli olub.Bundan başqa Bakıda alıcılıq qabiliyyətinin İrəvanla müqayisədə 36,7% yüksək olduğuda vurğulanıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

