adalet.az header logo
  • Bakı -°C
05 Yanvar 2026 12:34
94
ŞOU-BİZNES
A- A+

Nüşabə Musayeva: “Kimə kömək edirəmsə, mənə düşmən olur”

Bir çox sənət dostları ilə qalmaqal yaşayan, şəxsi həyatı ilə gündəm olan Nüşabə Musayeva bu dəfə də aparıcılarla problem yaşayıb.

Adalet.az xəbər verir ki, müğənni bird aha heç kəsə borc pul verməyəcəyini söyləyib:

“Düşünürəm ki, artıq heç kəsə borc verməyim. Kim  dadına çatıramsa, əlindən tuturamsa, həmin adam mənə düşmən olur.Çalışıram ki, qapıma gələni əliboş qaytarmayım. Amma o demək deyil ki, kimsə məni axmaq hesab etsin. Bir xanım aparıcı çətin anında məndən pul istədi. Ona 6.000 manat dəyərində borc verdim. Çünki borc istədi. Söz verdiyi vaxtdan bir ay da artıq gözlədim. Zəng edib pulumu istəyəndə mənə düşmən oldu. Çətin anlarımda məni məcbur edirsən, dedi. Amma mən də insanam, mənə də ehtiyacdır. Türkiyəyə getməliyəm, pulumu istəyirəm. Məndən küsür , məni sosial şəbəkələrdə “qara siyahı”ya əlavə edir. Bu da yaxşılığımın cavabıdır? Çətin bir dövrdə yaşayırıq. İnsanları anlamaq olmur. Mənim üçün söz ağızdan çıxdısa etməlisən. Söz mənim üçün böyük məna kəsb edir”.

Əntiqə