"Nyukasl" "Brentford"a uduzdu
Futbol üzrə İngiltərə Premyer Liqasında XXV turun daha 7 oyunu keçirilib.
Adalet.az xəbər verir ki, günün ilk matçında "Mançester Yunayted" doğma meydanda "Tottenhem"i 2 cavabsız qolla məğlub edib. Bu, Maykl Kerrikin baş məşqçi təyin olunmasından sonra "qırmızı şeytanlar"ın ardıcıl 4-cü qələbəsi olub.
Lider "Arsenal" evdə "Sanderlənd"ə 3:0, "Çelsi" isə səfərdə "Vulverhempton"a 3:1 hesabı ilə qalib gəlib.
Bundan başqa, "Everton" "Fulhem"i 2:1, "Vest Hem" "Börnli"ni 2:0 hesabı ilə üstələyib, "Bornmut" - "Aston Villa" görüşündə heç-heçə qeydə alınıb - 1:1.
"Qarabağ"ın UEFA Çempionar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" isə evdə "Brentford"a 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Premyer Liqada XXV tura fevralın 8-də keçiriləcək "Brayton" - "Kristal Pelas" və "Liverpul" - "Mançester Siti" oyunları ilə yekun vurulacaq.
Digər Xəbərlər
15 Aprel 2026 15:11
Bu nə siyasətdi… - Kamil Əhməd yazır
15 Aprel 2026 12:28
"Qarabağ" yenə cərimələndi
15 Aprel 2026 09:43
Çempionlar Liqası: "Real" "Bavariya"ya qarşı
15 Aprel 2026 09:21
Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi
14 Aprel 2026 21:00
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
14 Aprel 2026 19:35
Güləşçilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı
14 Aprel 2026 11:20
"Qəbələ" Prins Ovusu ilə yeni müqavilə imzaladı
13 Aprel 2026 09:36


Bakı -°C

