""Nyukasl"ın zəif tərəfi yoxdur" - Qurban Qurbanov
Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyimiz oyunun hazırlıqlarına başlamışıq.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərtac-a açıqlamasında deyib.
O, rəqibin zəif tərəflərinin olmadığını söyləyib: “Rəqibimizin ancaq güclü tərəfləri var. Ümumən hazırlıqlarımız gedir. Amma bizim qarşıda çempionat oyunlarımız var. Premyer Liqadakı matçımızı keçirdikdən sonra “Nyukasl”la görüşün hazırlıqlarına tam köklənəcəyik”.
Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

