“O heç vaxt 31 martda özünə doğum günü keçirməzdi...”- Milli Qəhrəmanın atası
Xəbər verdiyimiz kimi bu gün 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, polkovnik-leytenantm Murad Telman oğlu Mirzəyevin doğum günüdür.
Adalet.az-a açıqlamasında Milli Qəhrəmanın atası Telman Mirzəyev Muradın heç vaxt 31 mart günündə özünə doğum günü keçirmədiyini bildirib:
“Muradın 47 yaşı tamam olur. Onu İkinci Fəxri Xiyabanda ziyarət edəcəyik. Amma özü heç vaxt 31 mart günü doğum günü keçirməzdi. Deyirdi ki, bu gün azərbaycanlıların soyqırım günüdür, ermənilər millətimizə divan tutub, belə gündə özümə ad günü keçirə bilmərəm. Bizə Muradın yoxluğu yuxu kimi gəlir. Elə bilirik ki, harasa gedib və nə vaxtsa qayıdacaq. Dövlətimiz Murada layiq olduğu ən yüksək adı verdi. Mən ona bir ata kimi haqqımı halal eləmişəm, o düşmənə boyun əymədi sonuna qədər döyüşüb şəhid oldu. O, qeyri-adi bir insan idi. Daim idman edirdi, kitab oxuyurdu. Xaricdə ən güclü təlimlərdə uğur qazanıb. Peşəkar hərbçi idi. 2016-cı il aprel döyüşlərində isə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”-deyə şəhid atası bildirib.
Qeyd edək ki, polkovnik-leytenant Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Xüsusi Təyinatlılarımızın zabiti olan Murad, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Murad Mirzəyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Vasif Əlihüseyn
Digər Xəbərlər
29 Sentyabr 2026 17:45
“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov
29 Sentyabr 2026 16:42
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim etdi
29 Sentyabr 2026 14:50
Əvəz Zeynallı dəfn edildi
29 Sentyabr 2026 12:51
Polis təhlükəsizliyi yüksək səviyyədə təmin etdi...
29 Sentyabr 2026 12:29
Əli Həsənovun qızının Dubay mağazası: 3 milyonluq... - FOTO
28 Sentyabr 2026 22:00
İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
28 Sentyabr 2026 19:07
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? -DOSYE
28 Sentyabr 2026 19:04


Bakı -°C

