"O, məndən əfv istəyir" - Tramp
Həbsdə olan reper və prodüser P.Diddi (əsl adı Şon Kombs) ABŞ prezidenti Donald Trampdan əfv istəyib.
Adalet.az xəbər verir ki, bu barədə Tramp məlumat yayıb.
"Bir çox insan məndən əfv istəyib. Mən onu Diddi adlandırıram, o, məndən əfv istədi", - prezident Ağ Evdə jurnalistlərə deyib.
Prezident digər təfərrüatları açıqlamayıb və Kombsu əfv edib-etməyəcəyini də izah etməyib.
Xatırladaq ki, Nyu-York məhkəməsi reper və iş adamı Şon Kombsu (P.Diddi) dörd il iki ay müddətinə azadlıqdan məhrum edib. O, insan alveri ittihamı üzrə iki epizodda təqsirli bilinib.
Digər Xəbərlər
26 Noyabr 2026 09:48
Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı
26 Noyabr 2026 09:22
Tehrana hücumun yeni görüntüləri yayıldı - VİDEO
26 Noyabr 2026 09:04
Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər
26 Noyabr 2026 07:54


Bakı -°C

