Ögey qızını paltaryuyan maşında öldürdü

Braziliyanın Parana şəhərində dəhşətli hadisə baş verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 yaşlı qız paltaryuyan maşında qalaraq həyatını itirib.
Məlum olub ki, hadisə qızın ögey anası tərəfindən törədilib. Belə ki, qadın azyaşlı qızı paltaryuyan maşının içinə girməsinə sövq edib. Bunun üçün o, maşının qarşısına su ilə doldurulmuş plastik hovuz qoyub, qadın uşağın diqqətini çəkmək üçün oyuncaqlarını da maşının ətrafına düzüb və 3 yaşlı qızı addım-addım tələyə salıb.
Nəticədə qız maşının içərisinə daxil olub."Təsadüfən də paltaryuyan maşın işə düşüb".
Parana Prokurorluğun verdiyi məlumata görə, qadın hazırda həbsdədir.
Digər Xəbərlər

Ankara İrandan Türkiyəyə köçün başlanması xəbərini təkzib edib

İsrail Səhiyyə Nazirliyi: İranın zərbələrindən 15 nəfər ölüb, 385 şəxs yaralanıb

İran saziş imzalamağa hazırdır - Abbas Əraqçi
