"Oğlanların iş tapmasında ciddi problem var" - Deputat
"Evliliklərin sayı azalır, əvəzində boşanmalar artır, uşaq doğumunun sayı azalır, selektiv abortların sayı artır. Yəni, bunun səbəbləri dövlət komitəsində araşdırılıb? Bununla bağlı hökumətə hər hansı təkliflər göndərilib?"
Adalet.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Ailə zorakılığından danışdıq. Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Məhəmməd peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bax bu məişət zorakılığının bir kökü oradan başlayır. Bunun təkcə maarifləndirmə ilə qarşısını almaq mümkün deyil. Müvafiq dövlət orqanları bu istiqamətdə ciddi addımlar atmalıdır. Tək qadınlar deyil, elə gənc oğlanların iş tapmasında ciddi problem var. Təəssüf ki, bizim gənclərimiz hərbi xidməti başa vurduqdan sonra ölkəni tərk edərək iş dalınca başqa ölkələrə gedirlər. Ailə quranların sayının azalamsının səbəblərindən biri də budur. Köklü iqtisadi islahatlar aparmadan, ciddi sosial proqramlar həyata keçirilmədən bu problemlərə qarşı müabrizə həyata keçirə bilməyəcəyik. Selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr övladlarından imtina edirlər", - deyə deputat bildirib.
Digər Xəbərlər
26 May 2026 13:03
Bahar Muradova parlamentdə hesabat verdi - YENİLƏNİB
26 May 2026 12:59
"Azərbaycanda STM-ə ehtiyac var"
26 May 2026 12:56
Rusiya səfiri: "Azərbaycanla milli valyutalarla hesablaşmalar uğurla aparılır"
26 May 2026 12:43
""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri
26 May 2026 12:36
"Bu addım analara 5 il tez pensiyaya çıxma hüququ qazandıracaq" - Əli Məsimli
26 May 2026 12:11
“Müşavirədə müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi ölkəmizdə...”
26 May 2026 12:00
“O şəhidlərin böyük əksəriyyəti dünyada xüsusi nüfuzu olan türk hərbi məktəblərindən məzun idi”
26 May 2026 11:55


Bakı -°C

