Oğlu atasının iş yerini yandırdı
Çinin Ninbo şəhərində atasının iş yerinə gələn 12 yaşlı uşaq ehtiyatsızlıqdan bütöv bir ofisin yanmasına səbəb olub.
Adalet.az xəbər verir ki, hadisə barədə təfərrüatı "South China Morning Post" nəşri yayımlayıb.
Ata övladı ilə aralarındakı münasibətləri daha da yaxşılaşdırmaq məqsədilə onu öz iş yerinə aparıb, lakin işlərinə başı qarışdığı üçün uşağı nəzarətsiz qoyub. Tək qaldığı üçün darıxan yeniyetmə özünə fərqli bir məşğuliyyət seçib və alışqan vasitəsilə kağız salfetləri yandırmağa cəhd edib.
Sıçrayan qığılcımlar iş masasının kənarındakı zibil qabına düşərək alovlanıb və qısa müddət ərzində otağı alov bürüyüb. Uşaq atasını köməyə çağırıb, ata isə dərhal xilasedicilərlə əlaqə saxlayıb və həmkarları ilə bərabər alovun qarşısını almağa cəhd göstərib. Yanğınsöndürən briqada hadisə yerinə çatana qədər alovun böyük bir hissəsi nəzarətə alınsa da, iş yeri tamamilə yararsız hala düşüb.
Hadisə nəticəsində bədən xəsarəti alan olmasa da, dəyən maddi zərərin onminlərlə yuan həcmində olduğu bildirilir.
Digər Xəbərlər
15 May 2026 10:43
Putinin Çinə səfərinin tarixi açıqlandı
15 May 2026 10:27
Türkiyədə daha bir bələdiyyədə əməliyyat - Saxlanılanlar var
15 May 2026 09:50
Fidel Kastronun qardaşına qarşı ittiham irəli sürməyə hazırlaşırlar
15 May 2026 09:26
ABŞ və İran bir-birlərinə göndərdikləri təklifləri rədd edirlər – Politoloq
15 May 2026 09:12
"Çin ABŞ-dən neft almaq istəyir" - Tramp
14 May 2026 20:27
Danimarka kraliçası xəstəxanaya yerləşdirildi
14 May 2026 13:59
İran nüvə silahına sahib olmamalıdır! - Tramp və Cinpin razılaşdı
14 May 2026 13:33


Bakı -°C

