22 Oktyabr 2024 17:00
465
KRİMİNAL

Oğlunu güllələyən ata saxlanıldı - "Sitrus bağları" qarşıdurması

Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az -a bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki,  hadisə iki gün bundan əvvəl Astarada baş vermişdi. Sitrus bağları üstündə düşən mübahisə zəminində ata Ağaşir Hüseynov oğlu Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirmişdi.