adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 19:26
56
DÜNYA
A- A+

Ohanyanın ölkədən çıxış qadağası ləğv edildi

İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət işi ilə əlaqədar bu yay müxalifətdəki Ermənistan parlament fraksiyasının rəhbərinin üzərinə qoyulmuş səyahət qadağasını ləğv edib.

Adalet.az xəbər verir ki, məhkəmə bununla da vəkil İnessa Petrosyanın bugünkü iclasda təqdim etdiyi vəsatəti təmin edib. Məhkəmə Ohanyanın nümayiş etdirdiyi düzgün davranışı nəzərə alıb və həbs qətimkan tədbirini ləğv edib.

Xatırladaq ki, Seyran Ohanyan 2010-2015-ci illər arasında müdafiə naziri vəzifəsində çalışdığı Geqarkunik vilayətinin Draxtik icmasında 10.500 kvadratmetr torpaq sahəsini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur. Müstəntiqlərin sözlərinə görə, bu ərazidə Ohanyana aid malikanə (ev rəsmi olaraq onun adına qeydiyyata alınmayıb) tikilib. Həmin fraksiyanın katibi və keçmiş Təbiəti Mühafizə Naziri Artsvik Minasyan da bu cinayətdə ittiham olunur.