Tanınmış yazıçıya 15 il həbs cəzası verildi
Yazıçı Boris Akunin qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.
Adalet.az xəbər verir ki, Moskva Məhkəməsi Qriqori Çxartişvilini (yazıçının əsl adı -red.) xarici agentlər haqqında qanunu pozmaqda günahkar bilib.
O, əvvəllər terror fəaliyyətinə kömək etməkdə və terrorizmi haqlı çıxarmaqda məhkum edilmişdi.
"Erast Fandorinin macəraları"nın müəllifi 10 ildən çoxdur ki, Avropada yaşayır.


Bakı -°C

