adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Sentyabr 2021 09:10
996
SAĞLAMLIQ

Olimpiya medalını dişləyən mer koronavirusa yoluxdu

Yaponiyanın Naqoya şəhər meri Takasi Kavamura koronavirusa yoluxub.

O, softbol üzrə Olimpiya çempionu Miu Qotonun qızıl medalını dişləməsilə məşhurlaşıb.

72 yaşlı mer 20 yaşlı gənc xanıma qarşı qeyri-etik hərəkətlərə də yol verib.

İnsidentdən sonra Beynəlxalq Olimpiya Komitəsi dişlənmiş medalın dəyişdirilməsilə bağlı qərar qəbul edib.

Merin səhhətinə gəlincə, xəstəliyin simptomsuz keçdiyi, buna baxmayaraq, onun evdə təcrid edildiyi bildirilib.

TASS