Ombudsmanın 2025-ci il məruzəsi Milli Məclisə təqdim olunacaq
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 2025-ci ildə ölkədə insan hüquqlarının vəziyyətinə dair illik məruzəni Milli Məclisə təqdim edəcək.
Adalet.az xəbər verir ki, sənəd martın 3-də, parlamentin yaz sessiyasının növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Məruzədə 2025-ci il üzrə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər, dövlət qurumlarının fəaliyyətinə dair monitorinqlər, müraciətlərin statistik təhlili, o cümlədən həssas kateqoriyalara aid vətəndaşlarla bağlı aparılan işlər öz əksini tapıb. Sənəd həmçinin hüquqi maarifləndirmə tədbirləri, müharibə iştirakçıları ilə bağlı müraciətlər, uşaqların, qadınların və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə təşəbbüsləri də əhatə edir.
Ombudsmanın illik məruzəsində ölkədə rəqəmsallaşma, sosial təminat, ədalət mühakiməsinə çıxış imkanları, ətraf mühit hüquqlarının qorunması kimi sahələrdə irəliləyişlərlə yanaşı, mövcud problemlər və onların həlli ilə bağlı tövsiyələr də təqdim olunub.
Digər Xəbərlər
21 Mart 2026 10:29
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
19 Mart 2026 13:00
“Bu tonqalda yanıb külə dönən isə yüzilliklərin məkrli planlarıdır”
19 Mart 2026 12:56
Bayram günlərinin HAVASI
19 Mart 2026 12:54


Bakı -°C

