adalet.az header logo
  • Bakı -°C
19 Mart 2026 13:00
76
SİYASƏT
A- A+

“Bu tonqalda yanıb külə dönən isə yüzilliklərin məkrli planlarıdır”

“Prezident İlham Əliyev dünya ölkələrinin rəhbərləri üçün təcrübəsi öyrəniləsi, dərs alınası böyük dövlət və siyasi xadim, görkəmli diplomat, strateq, Azərbaycan məmurları üçün tələbkar dövlət başçısı, Azərbaycan xalqı üçün isə təkcə böyük dövlət və siyasi xadim, görkəmli diplomat, strateq, milli qüruru qaytaran, sevinc bəxş edən mahir sərkərdə deyil, həm də əsl xalq adamıdır”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bildirib ki, Xocavənd rayonunun Xanoba kəndində dövlət vəsaiti hesabına tikilmiş müasir evlərdə yaşayan sakinlərin mənzillərində masanın üstündə olan səməni, kəndin ortasında qalanan Novruz tonqalı xoşbəxt, yeni həyatın rəmzi, bu tonqalda yanıb külə dönən isə yüzilliklərin məkrli planlarıdır:

“Sakinlərlə görüşdə dövlət başçımızın dediyi aşağıdakı fikirlər bütün millətimizin güc aldığı müqəddəs Vətən sevgisini, sadiq olduğu dini-mənəvi dəyərlərmizə, milli köklərimizə, adət-ənənələrimizə dərin hörməti əks etdirir: “Əsas odur ki, doğma Qarabağ torpağına qayıtmısınız. Qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Həm Ramazan, həm Novruz bayramlarını burada - doğma Qarabağ diyarında qeyd edəcəksiniz. Bu, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra artıq bu bayramları doğma vətəndə qeyd edəcəksiniz. Ayaqları dəyən yerləri gülüstana çevirmək, sönmüş ocaqları yandırmaq və insanlara sevinc bəxş etmək nə gözəldir. Millətimizin bütün həyatı daim belə gözəl olsun!”.

Vasif ƏLİHÜSEYN