adalet.az header logo
  • Bakı -°C

Tramp saydığını sayır, görək "fələk nə deyir?" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
120 | 2026-03-19 12:33
A- A+

Ağ Ev bəyan edir ki, İranın raket potensialının 90 faizi məhv edilib. Tehran isə, həm ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına, həm də İsrailə raket zərbələrini davam etdirir. 

İran həm də, raket hücumlarını əvvəllər istifadə etmədiyi "Sadcil-2" və "Hədc Kasem" raketləri ilə həyata keçirir. Yeni nəsil İran raketləri Qərbin Hava Hücumundan Msdafiə sistemlərinin effektivliyini şübhə altına allr. Hərbi ekspertlər güman edirlər ki, yeni raket ehtiyatlarının sayı yüzlərlə ola bilər. 

ABŞ prezidenti Donald Tramp son bəyənatında bildirmişdi ki, Yaxın Şərqdə münaqişə tezliklə bitəcək: "Bu tezliklə baş verəcək, çox gözləməli olmayacağıq. Lakin görünən odur ki, "bu xəmir hələ çox su aparacaq".

ABŞ prezidentinin müharibələrin bitirilməsiylə bağlı verdiyi müddətlərin baş tutmaması birinci dəfə deyil. Daha əvvəl Rusiya-Ukrayna müharibəsini də, bir həftəyə, bir aya, İran münaqişəsini bir-iki həftəyə bititəcəyini bəyan etsə də, həmin müharibələr daha da şiddətlə davam etməkdədir.

Donald Trampda yəqin ki, Rusiya prezidenti Vladimir Putin kimi hərbi rəhbərlərin ona məruzə etdikləri məlumatlara inanıb belə bəyənatlar verir. 

Hələ ki, İsrail-ABŞ cütlüyü İran ərazilərini bombalamaqda davam edir. Məqsəd İranın hərbi infrastrukturlarını və həfbi potensualını məhv etməkdir. İran isə, görünür ki, son 10-15 ildə raket ehtiyatlarının sayını kifayət qədər artırmağa nail olub.

Bu gedişlə, ABŞ prezidentinin "çox gözləməli olmayacağıq" bəyanatı özünü doğrulmayacaq.

 

TƏQVİM / ARXİV