ABŞ prezidenti Donald Tramp növbəti dəfə İran və İsraili təcili olaraq qarşılıqlı raket zərbələrini dayandırmağa çağırıb. "İsrail və İran təcili olaraq atəşi dayandırmalıdır"- deyə ABŞ prezidenti Truth Social sosial şəbəkə hesabında yazıb.
Xatırladırıa ki, İyunun 8-də İran və İsrail qarşılıqlı raket zərbələriylə daha əvvəl hərbi əməliyyatların dayandırılması ilə bağlı elan etdilən atəşkəsi pozublar.
İranın xarici işlər nsziri Abbas Əraqçı "X" sosial şəbəkəsində, ABŞ-ın hərbi hava qüvvələrinə məxsus təyyarənin vurulma anının şəkilini paylaşıb. "Sadəcə olaraq baxın, görün biz onların hava hücumundan müdafiə komanda məntəqəsini nə günə qoymuşuq. Amerikan ordusu çoxdan bu ərazilərdən çıxarılmalıydı".
İranın Səudiyyə Ərəbistanı ərazisində yerləşən amerikan hərbi bazasına endiriyi rsket zərbəsi nəticəsində, 10 smrikalı əsgərin yaralandığı bildirilir.
Əraqçinin sözlərinə görə, Səudiyyə Ərəbistanı onlara qardaş ölkədir və onlar ABŞ hərbi qüvvələrini ölkə ərazilərindən çıxarmalıdır. "Tehranın zərbəlıri nə ərəblərə, nə də iranlılara hörmət etməyən düşmən işğalçılara qarşı endirilir"-deyə İranın XİN rəhbəri qeyd edib.
Abbas Əraqçı daha sonra, İran sərhədləri yaxınlığında yerləşdirilən xarici dövlətlərin hərbi qüvvələrini bu ərazılərdən çıxarmağa səsləyib. "Bizim sərhədlərimizə yaxın ərazilərdə yerləşdirdiyiniz hərbi qüvvələri öz səhvləriniz ucbatından risk altlna salırsınız"- deyə xəbərdarlıq edib.
İran bir tərəfdən münaqişəni diplomatiya yolu ilə həll etməyə çalışsada, başqa "dildə" danışmağada hazır olduğunu nümayiş etdirir. Lakin, "başqa dil" İranın qələbəsini təmin edə biləcəkmi?
Yaxın Şərqdə atəşin dayandırılmasını tələb edən ABŞ prezidenti Donald Tramp, digər tərəfdən İran hərbi qüvvələrinin amerikan kəşfiyyat-zərbə helekopterinin vurulmasına "cavab veriləcəyini" bəyan edib.
Bir tərəfdən isə, İranın sərhədləri yaxınlığında yerləşdirilən ABŞ-ın hərbi bazalarına hücumlar ediləcəyi ilə təhdid edən İranın xarici işlər naziri, digər tərəfdən Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallassla telefon danışığı zamanı, Avropa İttifaqının ABŞ və İsrailin, İrana qarşı hərbi təyziqlərini dayandırmağa çağırır.
Guya ABŞ və İsrail Avropa İttifaqını çox eşidirlər. ABŞ prezidenti Donald Trampın Aİ-yə münasibəti məlumdur. İsrailə gəldikdə isə, onlar on illərdi heç Birləşmiş Millətlər Təşkilatını saymırlar. "Nüfuzlu beynəlxalq təşkilatın" çıxardığı 200-dən çox qətnamələrini nəinki veclərinə almırlar, heç çoxunu açıb oxumurlarda. Qaldı hansısa Avropa İttifaqının tələbinə qulaq asalar...
Görünən odur ki, atəşin dayandırılması ilə bağlı ABŞ-ın təşəbbüsüylə ara-sıra aparılan danışıqların heç bir faydası olmayacaq. Tramp tərəfləri atəşi dayandırmağa çağıracaq, İsraillə İran isə, ona "hə" deyib, qarşılıqlı raket zərbələrini davam etdirəcəklər...


Bakı -°C
