Ömür Yolu İnsanlıq Dərsindən İbarət Olan Nümunəvi Pedaqoq
Avtandil Məmmədov Məhərrəm oğlu (1955 – 2026)
Avtandil Məmmədov Məhərrəm oğlu 1955-ci ildəAğdam rayonunun Qızıllı Kəngərli kəndində dünyaya göz açıb. Həyatını və bütün şüurlu fəaliyyətini xalqın maariflənməsinə, gənc nəslin mənəvi-əxlaqi dəyərlər ruhunda böyüdülməsinə həsr edən Avtandil müəllim uzun illər müəllim, daha sonra isə məktəb direktoru kimi məsuliyyətli və şərəfli vəzifədə çalışıb.
O, sadəcə təhsil ocağının rəhbəri deyil, əsl məktəb, əsl həyat müəllimi idi. Həm pedaqoji kollektivdə, həm dəbütün Ağdam rayonunda öz yüksək mədəniyyəti, dürüstlüyü və prinsipiallığı ilə seçilən rəhbər olub. Avtandil müəllimin fəaliyyətində hər zaman insan amili öndə dayanıb. "Bir insan necə hamıya fərq qoymadan, təmənnasız yaxşılıq edə bilər?" sualının cavabı məhz onun gündəlik həyat tərzində, mərhəmət dolu qəlbində vəhərəkətlərində əks olunurdu.
Onun təsir dairəsi təkcə təhsil müəssisəsi iləməhdudlaşmırdı. Avtandil müəllim Ağdamda və ölkənin müxtəlif bölgələrinə səpələnmiş saysız-hesabsız qohum-əqrəbanın, dost-tanışın ən dar günündə dayağı, şad günündə isə baş tacı idi. Rayonda keçirilən hər bir toy-şənlikdə o, sadəcə dəvətli kimi deyil, sanki hər kəsin ən əziz, ən doğma insanının məclisi kimi yaxından iştirak edər, hər kəsə xüsusi diqqət və ehtiram göstərərdi. Onun səmimi təbəssümü və ata qayğısı məclislərə xüsusi nur saçardı.
Xalqımızda gözəl bir misal var: "Oğul var evdən gedər, oğul var eldən gedər." Avtandil müəllim məhz eldən gedən, yoxluğu ilə bütün el-oba üçün böyük bir boşluq yaradan ləyaqətli insanlardan idi. Onun itkisi təkcə bir ailənin deyil, bütövlükdəelin-obanın dərdinə çevrildi.
Bu gün Avtandil müəllimin vəfatı xəbəri onu tanıyan minlərlə insanın ürəyini göynədib, hər kəsi dərindən hüzünə qərq edib. Amma belə insanlar unudulmur. Avtandil müəllim ömrünü ləyaqətlə yaşayaraq, əsl insanlıq, sədaqət və xeyirxahlıq nümunəsi kimi tarixdə vəsevənlərinin xatirəsində silinməz iz qoyub getdi.
Allah ona rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə, doğmalarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50


Bakı -°C

