ON İKİ İMAMA AĞLAYANDA…
Bu məşhur atalar sözüdü də, on iki imama ağlayanda bir dəfə də Yezidə ağlayın.
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsi gedir. Məhkəmə ilə işimiz yoxdur, nə günahı varsa hakim bilər. Cəzası da nədir, onu da hakim bilər. Amma başqa bir məsələyə toxunmaq istəyirik. Vilyam Hacıyev Göygöldə, Samuxda icra başçısı olub və sonda İmişlidə. Bu adam harda işləyibsə qurub, yaradıb, tikib. İmişlidə daha fəal olub. İşlədiyi müəddətdə şəhərdə o qədər tikinti-abadlıq işləri aparıb ki, heç 70 il Sovet hökuməti bu rayonda belə quruculuq aparmamışdı. Belə demək mümkünsə, şəhəri söküb yenidən tikib. Elə təkcə Heydər Əliyev Parkı nəyə desən dəyər.
İcra hakimiyyəti ikimərtəbəli tipavoy bir binada yerləşirdi. Ən müasir üslubda yeni binanı inşa etdirirdi, tikinti başa çataçatda tutuldu. Şəhərdəki bütün təşkilatların inzibati binaları da yenidən tikildi, küçələr asfaltlaşdırıldı, işıqlar sistemi quruldu. Yəni belə misal çox çəkmək olar. Bir sözlə, İmişlini şəhərə çevirdi.
Və ən başlıcası,onun başçılıq elədiyi rayon Azərbaycanda ilk dəfə olaraq dövlət büdcəsindən bir manat almadan özü-özünü maliyyələşdirdi. Oxudum ki, rayona baş həkim təyin edəndə həmin şəxsdən 70 min manat rüşvət alıbmış. Baş həkimi rayon icra başçısı təyin eləmir, baş həkimi Səhiyyə Nazirliyi təyin edir (indi deyəsən TƏBİB). Və təyin edəndə də icra hakimiyyətinin heç xəbəri olmur. Başçı bir də eşidir ki, filankəsi baş həkimlikdən çıxarıblar, yerinə bəhmənkəsi qoyublar. Bunu da elə-belə yazdım.
Nə isə. On iki imama ağlayanda bir dəfə də Yezidə ağlayarlar, Vilyam Hacıyev də Yezid deyil, bu millətin qurub-yaratmaq eşqi ilə yaşayan bir oğludu.
Allah qapısını açsın.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

