Onlar haqqında danışanda Leyla xanım ağladı... - VİDEO
Əli və İslam Əhmədov qardaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar.
Adalet.az Baku TV-yə istinadən xəbər verir ki, Mingəçevirdən olan qardaşlar Tərtər-Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfəri zamanı şəhid qardaşların anası Sevinc Əhmədova ilə görüşüb.
"O, Mingəçevirə gələndə Əli və İslamın ev muzeyini ziyarət etdi. Mən onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı. Dərdimi öz dərdi kimi qəbul etdi. Ən çox övladlarımın döyüş yollarından, harada şəhid olmalarından danışdıq", - şəhidlərin anası görüş barədə danışarkən deyib.
Qeyd edək ki, Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Əli Əhmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, İslam Əhmədov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Daha ətraflı süjetdə:
Digər Xəbərlər
12 Mart 2026 14:02
"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov
12 Mart 2026 13:59
Nazir Vilayət Eyvazov Daxili Qoşunların 34 illiyi ilə bağlı tədbirdə - VİDEO+FOTOLAR
12 Mart 2026 13:28
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
12 Mart 2026 13:19


Bakı -°C

