adalet.az header logo
  • Bakı -°C
12 Mart 2026 14:02
74
GÜNDƏM
A- A+

"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edir. Bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili  işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Adalet.az-ın məlumatına görə, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini vurğulayıb.

Nazir dövlət başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki, hərbi tədris bazasının və institutunun, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün tədbirlər həyata keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini məmnunluqla qeyd edib.

Bildirilib ki, ölkədə ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, eləcə də keçirilən mötəbər beynəlxalq tədbirlər zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.