“Bu 2 şərt təmin olunduğu halda yerli özünüidarəetmənin potensialı daha dolğun...”
“Demək olar ki, hər gün ölkədə Prezident, Nazirlər Kabineti və digər ali dövlət qurumları tərəfindən müxtəlif qərarlar və normativ sənədlər qəbul edilir. Onların bir qismi ayrı-ayrı sektorları, regionları və ya spesifik istiqamətləri əhatə edir, bəzi sənədlər isə təsir miqyasına görə daha geniş olmaqla, bütövlükdə ölkənin institusional inkişafı və idarəetmə sisteminə toxunan xarakter daşıyır. Bu baxımdan belə sənədlərə ictimaiyyətin və medianın diqqətsiz qalması doğru olmaz”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bu kontekstdən çıxış edərək dünən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında qərarla bağlı bir neçə məqamı qeyd etmək istədiyini deyib:
“Ümumiyyətlə, son 1-2 ildə ölkədə bələdiyyə sistemi ilə bağlı diqqətçəkən institusional dinamika müşahidə olunur. Bu qərar isə bələdiyyələrin fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənədə əsasən, bələdiyyələrin informasiya sistemi bir sıra mühüm dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya olunacaq. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər qurumların məlumatları bu sistemdə əks olunacaq.
Bu sənəd 5 mühüm nəticə yarada bilər (yaratmalıdır!):
1.bələdiyyələrin məlumat əlçatanlığının artması
2.yerli vergi və ödənişlərin uçotunun daha dəqiq aparılmas
3.torpaq və əmlak münasibətləri üzrə məlumatların vahid bazada formalaşması
4.dövlət qurumları ilə bələdiyyələr arasında məlumat mübadiləsinin sürətlənməsi
5.bələdiyyələrin elektron dövlət ekosisteminə daha dərin inteqrasiyası”.
Onun sözlərinə görə, uzun illər bələdiyyələrin üzləşdiyi əsas problemlərdən biri müxtəlif dövlət qurumlarında parçalanmış məlumat bazalarının mövcudluğu idi:
“Eyni məlumat müxtəlif qurumlarda fərqli şəkildə aparılır, nəticədə statistika, maliyyə və idarəetmə qərarları üçün vahid məlumat bazası formalaşmırdı. Yeni qərar bu məlumatların vahid platformada toplanmasına və daha sistemli idarə olunmasına imkan yaradır.
Eyni zamanda bu sistem bələdiyyələrin uzun müddət üzləşdiyi praktiki problemlərin də həllinə kömək edə bilər. Məsələn, torpaq münasibətləri, bələdiyyə borclarının müəyyən edilməsi, alqı-satqı prosesində öhdəliklərin dəqiqləşdirilməsi, kənd təsərrüfatı torpaqları ilə bağlı məlumatların elektron sistemlərdə əks olunması kimi məsələlər artıq daha operativ şəkildə izlənə biləcək. Digər tərəfdən, yerli büdcələr, vergi yığımları və bələdiyyə gəlirləri ilə bağlı məlumatların Maliyyə Nazirliyi, Statistika qurumları və digər dövlət institutları arasında vahid elektron baza üzərindən formalaşması dövlətin bələdiyyələrə maliyyə yardımlarının və dotasiya siyasətinin daha dəqiq məlumatlara əsaslanmasına şərait yarada bilər.
Əlqərəz, bütün bunlar bələdiyyələrin məlumat imkanlarının genişlənməsi ilə yanaşı, onların institusional nüfuzunun və idarəetmə imkanlarının güclənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər. Amma yaxşı nəticə üçün yenə də 2 məsələ ön plana çıxır. Birincisi, bələdiyyələrin hər biri yaradılmış bu imkanlara formal yanaşma kimi deyil, məsuliyyətli və vicdanlı öhdəlik kimi yanaşmalı, sistemin verdiyi imkanları yerli idarəetmənin güclənməsi və ictimai maraqların qorunması istiqamətində aktiv şəkildə istifadə etməlidir. İkincisi, bu prosesə məsuliyyətlə yanaşan bələdiyyələrin qarşısında inzibati maneələr formalaşmamalıdır. Yalnız bu 2 şərt təmin olunduğu halda yerli özünüidarəetmənin potensialı daha dolğun şəkildə üzə çıxa bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Mart 2026 16:14
Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir - Hikmət Hacıyev
12 Mart 2026 15:03
İlham Əliyev Fərman imzaladı
12 Mart 2026 14:58
İlham Əliyev XIII Qlobal Bakı Forumunda - YENİLƏNİB
12 Mart 2026 14:57
Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
12 Mart 2026 14:34
"Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır" - Şarl Mişel
12 Mart 2026 14:27
"BMT-də islahat vacibdir" - Norveçin sabiq Baş naziri
12 Mart 2026 12:58
"Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
12 Mart 2026 12:29


Bakı -°C

