"Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır" - Şarl Mişel
Avropa İttifaqının əsas prinsipləri – sülh, rifah və demokratik dəyərlər hazırda müxtəlif təhdidlər altındadır.
Adalet.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunun “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Şarl Mişel vurğulayıb ki, Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginlik, Avropadakı rəqabət və investisiya çağırışları ilə yanaşı, beynəlxalq hüquq normalarına ehtiram məsələsi də ciddi sınaqla üz-üzədir.
Sabiq Prezident bildirib ki, Avropa İttifaqı daxilində və xaricində ikili standartlara meyil beynəlxalq hüquq və seçki sisteminə zərər verən ciddi problemdir. Mişel qeyd edib ki, bu vəziyyətdə Avropa İttifaqı səviyyəsində alternativ strategiyalar hazırlanmalı, iqtisadi əsaslar gücləndirilməli, tənzimləmə daha ağıllı şəkildə həyata keçirilməli, təhlükəsizlik və müdafiə sahəsində bacarıqlar artırılmalı və etibarlı tərəfdaşlıqlar yaradılmalıdır.
O, həmçinin Avropa ölkələrinin Rusiyanın fosil yanacaqlarına və Çinin tədarük zəncirlərinə asılılığının artıq keçmişdə qaldığını, strateji tərəfdaşlıqların diversifikasiyasının vacib olduğunu vurğulayıb.
Şarl Mişel Avropa üçün gələcək yol xəritəsinin aydın olmasının vacibliyini qeyd edib.
Digər Xəbərlər
12 Mart 2026 16:23
Müctəba Dəmirçilu Azərbaycana təşəkkür etdi
12 Mart 2026 16:14
Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir - Hikmət Hacıyev
12 Mart 2026 15:03
İlham Əliyev Fərman imzaladı
12 Mart 2026 14:58
İlham Əliyev XIII Qlobal Bakı Forumunda - YENİLƏNİB
12 Mart 2026 14:57
Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
12 Mart 2026 14:27
"BMT-də islahat vacibdir" - Norveçin sabiq Baş naziri
12 Mart 2026 14:12
“Bu 2 şərt təmin olunduğu halda yerli özünüidarəetmənin potensialı daha dolğun...”
12 Mart 2026 12:58


Bakı -°C

