adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
23 May 2022 15:12
1022
MARAQLI

Onlar nə yatmır nə də heç nəyə inanmırlar – Xoşbəxt qəbilə ailəsi...

Bizim işlətdiyimiz “gecən xeyrə qalsın” arzusu onlarda başqa cürdür: “Yatmaq olmaz, ilanlar var”...

 

Bu gün dünyanın bəzi ölkələrin də hələ də müasir sivilizasiyadan tamam uzaqda yaşayan qəbilələrin mövcudluğu çoxlarının marağına səbəb olur. Belə qəbilələrdən biri də Braziliyada Maisa çayının sahilində hələ də qədim ənənələri ilə yaşayan hindu qəbiləsi Prahanın sakinlərini Yer üzünün xoşbəxt insanları hesab edirlər. Çox maraqlıdır ki, onlar ümumiyyətlə barədə düşünmür, qəm – kədər nədir bilmir, gələcək barədə fikir etmir, yalnız bu günlə yaşayır və heç nəyə inanmadan yaşayırlar.

Qəbilə haqqında araşdırmalardan maraqlı faktlar əldə olunub. Praha qəbilə üzvləri özlərini ən doğru insanlar hesab edirlər. Onlar qətiyyən yemək, geyim ehtiyatı yığmır, sabah nə olacağı barədə isə heç düşünmürlər.

Bu çox qəribə həyat tərzi sürən qəbilə haqqında ilk dəfə 70 – cillərdə ingilis Deniel Everetta tərəfindən məlumatlar əldə edilib. Həmin şəxs qəbilənin həyat tərzini öyrənmək üçün qəbilədə 30 il yaşayıb.

30 illik müşahidələrin nəticəsində müəyyən olub ki, qəbilə adamları hesab edir ki, insana yatmaq həm olmaz həm də lazım deyil. Onlar düşünür ki, yuxu ikinci ölümdür və insanın bütünlüklə gücünü və iradəsini əlindən ala bilr. Buna görə də insan yuxuda özünü tamamilə itirir və nəticədə də beyni tam dəyişmiş olur.

Qəbilə haqqında daha maraqlı bir fakt isə odur ki, onlar ilanlarla demək olar qucaq-qucağa yaşayır və heç bir təhlükədən qorxmurlar. Bizim işlətdiyimiz “gecən xeyrə qalsın” arzusu onlarda başqa cürdür: “Yatmaq olmaz, ilanlar var”.

Prahalı gecə yatmır, gəzişir, harda yuxu onu tutsa, 20 dəqiqə oturub mürgüləyir. Qəbilənin maraqlı adətlərindən biri də onların adlarla bağlı adətləridir. Bu qəbilədə hər 7 ildən bir ad dəyişilir, hər yaşda ayrı-ayrı adlar daşıyırlar.

Qəbilənin düşüncəsinə görə, orqanizmi qocaldan səbəblərdən biri də yatmaqdır.

Bu müasir dünyadan tamam təcrid olunmuş qəbilənin təqvimi də yoxdur. Prahala qəbiləsi vaxt, saat nədir bilmirlər. Onlar yalnız fəsillərin dəyişməsi, yağışlar və quraqlıqla ilin hansı dövründə olduğunu müəyyən edirlər.

Əgər hər hansısa ov etməyə nail olurlarsa onu anındaca bölüb və bişirib yeməyi düzgün hesab edirlər. Lakin bununla belə onlar uzunmüddətli ac qalmağa da davamlıdırlar. Hətta günlərlə ov etmək fürsətləri olmasa onlar buna dözə bilirlər. Və qətiyyən qidalanmağa nəsə tapmayanda heç də məyus olmurlar.

Hazırladı : Bünyamin Bünyadzadə