Onlayn geyim alanlara XƏBƏRDARLIQ - VİDEO

Geyim almaq istədilər, dələduzluqla üzləşdilər.
Adalet.az xəbər verir ki, bu barədə "Xəzər Tv"yə müraciət edən bir çox şəxs dələduzluqla üzləşdiyini bildirir.
Mətanət İbrahimova da həmin zərərçəkmişlərdəndir.
O, deyir ki, pulunu ödədiyi paltarın poçtla göndəriləcəyi deyilsə də, həftələrdir ortada heç nə yoxdur. Geyimi almaq üçün əlaqə saxladığı, ödəniş etdiyi şəxsin nömrəsindən isə onu blok ediblər.
Digər onlayn mağazadan geyim almaq istəyən zərərçəkmiş isə deyir ki, 50 manat behi atdıqdan sonra əlaqə saxladığı adam yoxa çıxıb. Şəxs iddia edir ki, həmin şəxslər onu aldadandan sonra işlətdikləri səhifənin adını dəyişiblər.
Digər Xəbərlər

Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTOLAR+VİDEO

Yeni yerüstü piyada keçidi inşa olunur

Bu ərazidəki tikililər söküləcək, parkın ərazisi genişləndiriləcək - VİDEO

Bu ərazilərə yağış yağıb - Faktiki hava

"Canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər" - Mərkəzi Nəbatat Bağından MÜRACİƏT

Azərbaycanda hostellərə müşahidə kamerası qoyulacaq
