Onlayn narkotik satanlar tutuldu - Video
Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.
DİN-dən Adalet.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəlcə paytaxt sakini Nicat Bayramov tutulub. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 43 qram heroin və metamfetamin aşkar edilib.
Araşdırma zamanı Nicat Bayramovun narkotikləri tanışları Səxavət və Cavidan adlı şəxslərdən aldığı müəyyən olunub. İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslər - əvvəllər məhkum olunmuş Səxavət Məmmədov və Cavidan Şükürzadə də tutularaq istintaqa təqdim ediliblər.
Onlardan sosial şəbəkələr vasitəsi ilə satış üçün əldə etdikləri 4 kiloqramdan artıq heroin, marixuana və 28 ədəd psixotrop tərkibli həb aşkar olunub. Qeyd edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

