“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı
Tanınmış vəkil Fərhad Mehdiyev qızının avtomobil qəzasında faciəvi şəkildə həlak olması ilə bağlı paylaşım edib.
Adalet.az-ın xəbərinə görə, o, paylaşımında övlad itkisinin gətirdiyi kədəri ifadə edib.
“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur.
Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.
Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsa belə, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrılıqda keçiririk.
Bu yazının altında “Allah rəhmət eləsin” də yazmayın. O deyil.
Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.
Səni çox istəyirəm, Zəhra, gedişinin ağrısı uzun çəkəcək”, - F.Mehdiyev yazıb.
Digər Xəbərlər
22 Iyul 2026 15:57
Rüfət Əhmədzadə vəfat etdi
22 Iyul 2026 07:40
Nabranda 18 yaşlı qız dənizdə batdı - Axtarılır
21 Iyul 2026 15:02
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
21 Iyul 2026 14:23
Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlandı
21 Iyul 2026 12:05
"Şişi bədənimə saldığını hiss edirdim" - Qanunsuz estetik əməliyyat edilən qadın danışdı
21 Iyul 2026 10:44
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat etdi
20 Iyul 2026 22:00
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi
20 Iyul 2026 17:16


Bakı -°C

