ORADA EVLƏRİ UÇURDAN ZƏLZƏLƏ ... - İlqar Rəsul yazır

İLQAR RƏSUL
5102 | 2023-02-11 14:27

Artıq zəlzələ paylaşımlarından başqa hər şey bayağı gəlir FB-də. Heç nəyi bəyənmirəm. Ad günlərini təbrik etmirəm neçə gündür. Zəlzlə xəbərlərinə baxmaq imkanları tükənmək üzrədir. Ürək onsuz da çoxdandı dayanmağa bəhanə axtarırdı. İndi də əsəb intihar ərəfəsindədir. Ən pisi, səbir böhran keçirir, gün-gündən azalır. Ta yardımlaşmalara, xilasetmələrə sevinmək də olmur. Sakitləşdirici dərmanlar az qalır dilə gəlib desin ki, bizə güvənmə. Biz buncasını ovudacaq qədər deyilik. 

Ölü sayının bitməsini gözləmək yanğısı sürətlə ölüb bitmək duyğusu ilə əvəzlənməkdədir. Anladığım odur ki: Orada evləri uçurdan zəlzələ burada dünyanı uçurtmaqdadır...

TƏQVİM / ARXİV